Rusiya raketlərindən bir neçəsinin Polşa ərazisinə düşməsi və nəticədə Polşanın iki vətəndaşının həlak olması Ukraynaya qarşı işğalçı müharibənin miqyasını artırır”.
Bunu politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Polşa prezidenti Təhlükəsizlik Şurasının iclasını çağırıb:
“Polşa NATO ölkəsi olaraq Şimali Atlantika Blokundan müdafiə bəndinin işə düşməsini istəyəcək. Böyük ehtimalla Rusiya qəsdən Polşa ərazisini raket atəşinə tutub, bununla NATO-nun nəbzini yoxlamaq istəyir. Kreml məğlubiyyətini pərdələmək üçün Ukrayna ilə deyil NATO ilə savaşdığını iddia edir. Ona görə də bir gün Rusiya raketlərinin NATO-ya üzv ölkələrə düşəcəyi gözlənilən idi. Növbəti addımı NATO atmalıdır, Şimali Atlantika Bloku zəiflik nümayiş etdirsə, Rusiya raketləri yenidən Polşaya düşəcək. NATO-nun digər qanadı – Baltik ölkələri də Rusiya raketlərindən sığortalanmayıblar”.