Səhiyyə naziri apteklərdə bəzi dərmanların tapılmamasına münasibət bildirib

0
256

“Azərbaycanda dərman vasitələri ilə bağlı çatışmazlıq yoxdur”.

Bu barədə səhiyyə naziri Teymur Musayev bu gün jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bəzi dərmanların, əsasən də sirop formasında olanların bazada azalmasının Azərbaycanla heç bir əlaqəsi yoxdur.

“Şirkətlər dərmanlarda bəzi baza maddələr istifadə edirlər. Həmin iri farmakoloji şirkətlərin istehsalat xətlərində yaralanan problem səbəbindən dərman istehsalı aşağı düşüb. Lakin artıq son bir həftə ərzində bununla bağlı məsələ aradan qaldırılıb. Bu böhran prinsipcə tək Azərbaycanı deyil, hətta bəzi Avropa ölkələrində də müşahidə olunurdu. Hazırda həmin dərmanların da ölkəyə gətirilməsi təmin edilir”.