Taleh Kazımov: “Azərbaycan valyuta bazarında manata tələb yüksəkdir”

0
239

“Hazırda Azərbaycanın valyuta bazarında manata tələb yüksəkdir”.

Bunu keçirdiyi onlayn mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.

O qeyd edib ki, bu ilin sonuna qədər AMB-nin valyuta bazarına müdaxiləsi alışyönlü olmaqla qalacaq: “Amma biz monetar siyasətimizi yüksək iqtisadi aktivliyə təsir etmədən həyata keçirəcəyik. İlin əvvəlindən valyuta bazarından 967 milyon ABŞ dolları alınıb. Bu rəqəmin ilin sonuna qədər nə qədər olacağını proqnozlaşdırmaq çətindir, amma hələ ki, bazarda vəziyyət sabitdir”