İranın Mazandaran əyalətinin mərkəzi Sari şəhərində gecə qonaqlığına qatılan 16 qız və oğlan həbs edilib.
Bu barədə Mazandaran əyalətinin yerli hüquq-mühafizə qüvvələri rəsmiləri məlumat yayıb.
Məlumata görə, 9-u kişi, 7-si isə qadın olan həmin şəxslər ad günü mərasimi keçirmək adı altında gecə qonaqlığına qatılaraq, birlikdə rəqs edib şənlənərkən tutulublar.
Polis bölməsinə aparılıb dindirildiyi bildirilən gənclərin içkili olub-olmaması və onların sonradan sərbəst buraxılıb-buraxılmaması barədə hər hansı bir məlumat yoxdur.