Ərdoğan: “Qarabağ tezliklə regionun parlayan ulduzuna çevriləcək”

0
199

“Zəngilanda tikintisi başa çatan hava limanı təkcə Azərbaycan üçün deyil, bütün region üçün mühümdür”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

Türkiyə lideri Azərbaycanın Zəngilan və Cəbrayıl şəhərlərinə tanışlıq səfərini uğurla başa vurduqlarını bildirib.

“Zəngilan Beynəlxalq Hava Limanını əziz qardaşım İlham Əliyevlə birlikdə açdıq. Regionun dünya ilə əlaqəsini bərpa etmək, nəqliyyat xətlərini gücləndirmək strateji addımlardır”, – deyə Ərdoğan bildirib.

O, gələn il Laçın Hava Limanını istifadəyə verməklə bu nailiyyətlərin uğurla davam edəcəyini vurğulayıb.

Türkiyə lideri :

təməli qoyulan layihələr bölgənin inkişafı işlərinə böyük töhfə verəcək.

“Ötən il Şuşada, Füzulidə olarkən işğaldan azad edilmiş torpaqlarda aparılan işlərlə yerindəcə tanış olduq. Qarabağın bir ildən sonra gəldiyi yeri görmək, onun günü-gündən inkişafının şahidi olmaq, sözün düzü, məni hədsiz dərəcədə sevindirdi. Bu layihələrdə qurumlarımızın və türk şirkətlərinin payının olması bizim üçün qürurvericidir. Bu münasibətlə bütün Azərbaycan xalqını, xüsusən də qardaşım İlhamı təbrik etmək istəyirəm. İnanıram ki, Azərbaycanın investisiya addımları ilə Qarabağ tezliklə regionun parlayan ulduzuna çevriləcək”, – deyə R.T.Ərdoğan bildirib.