Deputat Sumqayıtın istilik təchizatı problemindən DANIŞDI

0
158

“Qarşıdan qış mövsümü gəlir, təəssüf ki, Sumqayıtın istilik təchizatı hələ də tam həllini tapmayıb”.

Bu sözləri Milli Məclisin plenar iclasında deputat Emin Hacıyev deyib.

Deputat bildirib ki, 2021-ci və 2022-ci illərin dövlət büdcəsinin müzakirəsi zamanı da Sumqayıt şəhərinin istilik təchizatı sisteminin yenidən qurulmasına maliyyə ayrılması ilə bağlı hökumətə müraciət ünvanlanmışdı:

“Seçicilərimizdən bizə daxil olan çoxsaylı müraciətlərə əsasən bu gün də bu aktual məsələni təkrar səsləndirmək istəyirəm. İnsanlar yenə də evlərini isitmək üçün yollar axtarırlar. Əlbəttə burada təkcə problem o deyil ki, binaların istilik təchizatı sistemi yoxdur, eyni zamanda ondan da daha ciddi məsələ istiliyin normal və davamlı verilməməsidir, yəni keyfiyyət problemidir. Bunu da aradan qaldırmaq üçün bu sahədə institusional dəyişikliklərə ehtiyac var. Buraya rəqabətli xidmətin təmin edilməsi, özəl investorların cəlbi, gəlirlilik və rentabellilik məsələsinin həlli aid edilə bilər. Belə olarsa, insanlarımızı daha keyfiyyətli istiliklə təchiz edə bilərik”.