Mübariz Qurbanlı: Bəzi dairələr türk dövlətləri birliyinin çevriliş olduğunu düşünür

0
180

Türk dövlətlərin birliyinin yaranması ilə bağlı müxtəlif fikirlər var. Bəzi dairələr bunun çevriliş olduğunu düşünürlər. Əgər bu çevrilişdirsə, nə üçün dünyanın bir çox yerlərində dövlətlər birləşir?

Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Türk-İslam irsinin zənginliyi və onun zamanımızın aktual problemləri qarşısında dəyəri” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, türk dövlətləri birləşməlidir və atılan addımlar da sülhə, tərəqqiyə xidmət etməlidir.

“Dünya ölkələrinin 19 faizini türk dövlətləri təşkil edir. Dünya əhalisinin 25 faizdən yuxarısı isə islam ölkələrinin payına düşür. Türk dövlətləri vahid platformadan çıxış etməklə həm türk dünyasını, həm də öz ölkələrinin mənafelərini qoruya bilərlər. Dünyada çoxsaylı qanlı müharibələr gedir. Bu müharibələrin əsas məqsədləri sərvətlərə sahib olmaq, dünyanı bölüşdürməkdir. Dünya tərəqqi edib deyirik, lakin bu inkişaflar fonunda maraqlar yenə 2 min əvvəlki ilə eynidir. Kim daha güclüdürsə, daha çox sərvət əldə etməyə çalışır. Bu mənada Türk dövlətlərinin imzaladığı sənəd islam adı altında məzhəblərə parçalanmaya qarşı sənəddir”.