Boris Consonun Baş nazir seçilməsindən sonra müsəlman Böyük Britaniya hökumətində nazir təyin olunub.
Söhbət Pakistan mənşəli Sacid Caviddən gedir. O, böyük xristian ölkəsində maliyyə naziri vəzifəsini tutub. S.Cavid ölkədəki etnik azlıqlar içərisində yüksək vəzifəyə təyinat alan yeganə müsəlmandır. Xatırladaq ki, o, 2018-ci ildən Britaniyanın daxili işlər naziri işləyib. Ondan öncə isə Cavid Böyük Britaniyada yerli icmalar üzrə nazir olub.