Hakerlər mobil telefonumuzdan hər cür istifadə edə bilirlər – XƏBƏRDARLIQ

0
246

2022-ci ildə dünyada smartfonlara haker hücumlarının sayı xeyli artıb.

Bu barədə “Kasperski Laboratoriyası”nın araşdırmasından məlum olur.

“2022-ci ilin yanvar-sentyabr aylarında dünyada mobil cihaz istifadəçilərinə troyan-casus proqram hücumlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 29% artıb”, – deyə araşdırmada deyilir.

Söhbət istifadəçinin razılığı olmadan onun şəxsi məlumatlarını toplayan və onları fırıldaqçılara ötürən proqramlardan gedir.

“Onlar sosial şəbəkələrdə və mesencerlərdə yazışmalara daxil ola, düymə vuruşlarını ələ keçirə və təhlil edə, skrinşot çəkə bilərlər. Bu, onların bütün funksionallıqlarının tam siyahısı deyil”, – deyə tədqiqatda bildirilir.

Qeyd edilir ki, zərərli proqram həm adi istifadəçilərə, həm də şirkətlərə qarşı məqsədyönlü hücumlar həyata keçirmək üçün istifadə olunur.

“Kaspersky Lab”ın məlumatına görə, bu müddət ərzində dünya üzrə 800 000-ə yaxın belə hücum qeydə alınıb.