Dünya çempionatı: Azərbaycanın daha 3 qadın güləşçisi mübarizəyə başlayır

0
202

Bu gün Azərbaycanın daha üç qadın güləşçisi İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında mübarizəyə başlayacaq.

53 kq çəki dərəcəsində çıxış edən Gültəkin Şirinova 1/8 final mərhələsində Zeynep Yetgillə (Türkiyə) üz-üzə gələcək.

62 kq-da yarışan Birgül Soltanova təsnifatda Astirid Xirinosla (Venesuela), 65 kq-dakı Nigar Mirzəzadə isə Nerea Blanko (İspaniya) ilə görüşəcək.

Bu gün həmçinin 50 kq çəki dərəcəsində Şəhanə Nəzərova təsəlliverici görüşdə Sarra Hamdi (Tunis) ilə güləşəcək.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş, Qurban Qurbanov (72 kq) isə qızıl medal qazanıb.