Rusiyada ön cəbhədən yayınmaq metodu: Əsgərlər pul verib, arxa cəbhəyə keçə bilərlər

0
239

“Rusiya Silahlı Qüvvələrinin komandirləri Ukraynada müharibə ilə bağlı biznes təşkil edib.

Komandirlər sıravi əsgərlərə müəyyən ödəniş qarşılığında ön cəbhə xəttindən yayınmağı təklif edir”.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar İdarəsinin mətbuat xidməti məlumat verib.

“Əgər əsgər ön cəbhə xəttində olmaq istəmirsə, pul ödəməyə borcludur və bu zaman o, arxa cəbhəyə aparılır. Hərbi biznes daha çox cəbhənin qaynar hissələrində müşahidə olunur. Əsasən o hissələrdə müşahidə olunur ki, orada Rusiya ordu bölmələri itkilər verir və səngərdə hər an ölümlə üzləşmə təhlükəsi var”, – deyə məlumatda qeyd edilib.

Həmçinin bildirilib ki, Baxmut rayonunda rusiyalı zabitlər belə bir xidmət üçün gündə 5 min rubl istəyirlər. Qeyd edilir ki, bu məbləğ hərbçilərin ön cəbhədən qaçmamasına bir növ köməklik etmiş olacaq.     

“Beləliklə, rusiyalı komandirlər Ukraynaya göndərilməmişdən əvvəl Şoyqu və Putinin onlara vəd etdikləri, lakin ala bilmədikləri külli miqdarda pulu əldə etmək istəyir”, – deyə Strateji Kommunikasiyalar İdarəsindən əlavə edilib.