Taksi xidmətləri müştəriləri qane edirmi? – AÇIQLAMA

0
165

Taksi xidmətləri sahəsindəki problemlər bitib tükənmək bilmir.

Canımızı əmanət edib mindiyimiz taksilər bəzən bizi boğaza yığır, bəzən çilədən çıxarır, bəzən isə getmək istədiyimiz ünvana yox həyatımızın sonuna aparır.

Paytaxt sakinləri naviqator sistemlərinin yaxşı olmadığını və sürücülərin kifayət qədər yoxlanılmadığını deyirlər.

Mövzu ilə bağlı açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, taksi fəaliyyətini tənzimləmək üçün dövlət qurumları hərəkətə keçməlidir:

“Sürücünün onlayn qaydada işə götürülməsi mümkün deyil əslində. Nədənsə taksi şirkətləri bunu həyata keçirirlər”.