Lerikdə 94 ağacın kəsilməsinə görə cinayət işləri başlanıb

0
211

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Lerik rayonu ərazisində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Baş Prokurorluqdan verilən məlumata görə, araşdırmalarla Lerik rayonu, Hücü kəndi ərazisində vətəndaşlara ayrılmış kənd təsərrüfatı təyinatlı pay torpaqlarında meşə fonduna daxil olmayan torpaq sahəsində ümumilikdə 94 ədəd ağacın kəsilməsi faktları öz təsdiqini tapıb.

Ölkəmizin ekosisteminə ciddi xələl gətirmiş, müvafiq normativlərə əsasən 29 min manatdan çox ziyan dəyməsi ilə nəticələnmiş ağac kəsmə cinayətlərinin əlamələri olduğuna görə qeyd edilən faktlar üzrə Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.