Şakir Yaqubov

0
177

Şakir Hənifə oğlu Yaqubov (d.25 fevral 1951, Astara Bala Şahağac kəndi}} — jurnalist, iki dəfə Azərbaycanın əməkdar mədəniyyət işçisi, Ali Media mükafatı, “Qızıl qələm” və Həsənbəy Zərdabi mükafatları laureatı, Azərbaycan Respublikasının fəxri auditoru (2011)

Həyatı

Şakir Yaqubov 1951-ci il fevralın 25-də Astaranın Bala Şahağac kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indi Bakı Dövlət Universiteti) kitabxanaçılıq fakültəsini, Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunu və Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetini fərqlənmə diplomu ilə bitirib. Leytenant rütbəsində iki il keçmiş Almaniya Demokratik Respublikasında hərbi xidmətdə olub. İki övladı, dörd nəvəsi var.

Fəaliyyəti

1974–2000-ci illərdə “Azərbaycan gəncləri“, “Kommunist” (indiki “Xalq qəzeti”), “Həyat” (indiki “Azərbaycan“), “Sirdaş“, “Səhər” və “AFFA news“, “Panorama” qəzetlərində müqaviləli xüsusi müxbirlikdən baş redaktorun birinci müavini və baş redaktoracan ən müxtəlif vəzifələrdə, sonrakı 10 ildə isə Azərbaycan Respublikası Auditorlar Palatasının redaksiya-nəşriyyat şöbəsinin müdiri, “İqtisadiyyat və audit” elmi-praktik jurnalının məsul redaktoru vəzifəsində çalışıb. O, dövri mətbuatda çap olunmuş onlarca digər dəyərli əsərin tərcüməçisi, Vasif Səmədov, Bəxtiyar SadıqovMüsəllim HəsənovAdil Qaçayoğlu və digər yazarların publisistik kitablarının, habelə auditə dair 35-dən çox elmi-kütləvi nəşrin redaktorudur. Müxtəlif janrlı yazıları ayrı-ayrı toplulara, o cümlədən əxlaq mövzusunda “Sevirsə, qayıdacaq…” adlı oçerki IX siniflər üçün “Ailə həyatının etika və psixologiyası üzrə müntəxabat“a (Bakı, 1989-cu il) daxil edilib.

Kitabları

  • Mən şahidəm ki…“;
  • Qətiyyətin təntənəsi“;
  • Hakim mərkəzi göstərər“;
  • Bizim səfər haçandı?!“;
  • Banişevski olduğu kimi“;
  • Taleyimdən keçənlər“;
  • Yaddaşımın küncündən…“;
  • Bir az da futbol(umuz)dan“.

Həmmüəllifi olduğu əsərlər

  • Vətən bizim şöhrətimiz…” (kitab);
  • Bizim müasirimiz” (kitab);
  • On ikinci şeyxülislam” (kitab);
  • Qanlı Yanvar dialoqu” (kitab);
  • Klassik islam” (monoqrafiya, məşhur islamşünas alim Q. E.fon Qrünebaumun əsəri);
  • Onlar belə sevirdilər” (kitab, Ə. Ağalarov və E. Cabbarovla birgə tərcümə)

Mükafatları

İki dəfə – sovet dövründə (1989-cu il) və müstəqillik illərində (2005-ci il) “Əməkdar mədəniyyət işçisi” fəxri adına, 2014-cü ildə Azərbaycan mətbuatının inkişafındakı xidmətlərinə görə Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatına, habelə “Qızıl qələm” və Həsən bəy Zərdabi mükafatlarına, 10-dək yaradıcılıq müsabiqəsinin mükafatlarına layiq görülüb. “Azərbaycan Respublikasının fəxri auditoru” adını almış ilk və yeganə peşəkar jurnalistdir. 2014-cü ildə [Ali Media Mükafatı] ilə təltif edilmişdir.

İstinadlar

  1. https://oxu.az/culture/653866
  2. “Veteran jurnalistlər”2019-11-15 tarixində arxivləşdirilibİstifadə tarixi: 2019-11-15.
  3. “Fakültənin görkəmli elm xadimləri və məzunları”18 May 2019 tarixində arxivləşdirilibİstifadə tarixi: 2019-11-26.
  4. “Şakir Yaqubovun yeni kitabı”2019-10-25 tarixində arxivləşdirilibİstifadə tarixi: 2019-11-26.
  5. “Ali Media Mükafatını kimlər aldı?”2019-11-28 tarixində arxivləşdirilibİstifadə tarixi: 2019-11-26.

Xarici keçidlər