Dövlət Komitəsi: Bəzi məktəb rəhbərləri və müəllimlər ən adi uşaq hüquqlarını bilmir

0
1910

“Bəzi məktəb rəhbərləri və müəllimlər ən adi uşaq hüquqlarını bilmir”.

Bunu “Uşaq müdafiəsi: dialoq mühiti və qurumlararası əməkdaşlıq” mövzusunda konfransda çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva deyib.

Dövlət Komitəsinin sədr müavini bunun nəticəsində problemlərin yaşandığını bildirib: “Bunun nəticəsində neqativ hallar yaşanır. Hesab edirəm ki, bu istiqamətdə beynəlxalq ekspertlərin cəlb edilməsi ilə müəyyən işlər görülməlidir”.