Pentaqon: NATO Rusiya üçün heç bir təhlükə yaratmır

0
256

NATO Rusiya Federasiyası üçün təhlükə yaratmır.

Bunu ABŞ müdafiə naziri Lloyd Ostin Brüsseldə keçirdiyi brifinqdə deyib.

“NATO Rusiya üçün təhlükə yaratmır. O, Rusiya ilə qarşıdurmaya can atmır”, – deyə Pentaqon rəhbəri bildirib.

Ostin əlavə edib ki, Alyans ölkələri o cümlədən ABŞ, üzv dövlətlərin suverenliyini və NATO ərazisinin hər qarışını müdafiə edəcək.