“Qarabağ” bu gün “Olimpiakos”u qəbul edəcək

0
223

“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun IV turunda Bakıda Yunanıstan “Olimpiakos”unu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionundakı görüş saat 20:45-də başlayacaq. Qarşılaşmanı Kreyq Pausonun başçılıq etdiyi ingiltərəli hakimlər briqadası idarə edəcək.

“Qarabağ” G qrupunda 6 xalla ikinci, hər üç oyunda məğlub olan Pirey təmsilçisi sıfır xalla sonuncu pillədədir. “Köhlən atlar” ən azı heç-heçə sayəsində qrup üçüncülüyünü və UEFA Konfrans Liqası üçün pley-offa vəsiqəni təmin edəcək.

Qrupun digər görüşündə 9 xala malik Almaniya “Frayburq”u Fransada “Nant”la üz-üzə gələcək.

İlk iki pilləni rəsmiləşdirmək üçün qonaqlara bərabərlik də kifayət edəcək.

UEFA Avropa Liqası

Qrup mərhələsi, IV tur

20:45. “Qarabağ” (Azərbaycan) – “Olimpiakos” (Yunanıstan)

Baş hakim: Kreyq Pauson (İngiltərə)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Xal durumu: “Frayburq” – 9, “Qarabağ” – 6, “Nant” – 3, “Olimpiakos” – 0