Qüdrət Həsənquliyev: “Əvvəllər məhkumluğu olan şəxsləri vəzifəyə qoymamaq qanunlarımıza ziddir”

0
258

“Cinayət Məcəlləsinə təklif edilən yeni dəyişikliklə hüquqi şəxslərə münasibətdə üzərlərindən məhkumluğun götürülməsi çox aydın şəkildə görünür”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, fiziki şəxslərə münasibətdə də belə müddəa var: “Ombudsmanla bağlı qanuna da dəyişiklik edəcəyik. Burada da bununla bağlı müddəa var. Bildirilib ki, əvvəllər məhkumluğu olmuş şəxs namizəd ola bilməz. Yəni dövlət vətəndaşa müəyyən müddətdən sonra məhkum olunmamış sayılması üçün hüquq verir, amma qanunlarda bunu nəzərə almırıq. “Media haqqında” qanuna da biz bu müddəanı salmışıq. Əvvəllər məhkumluğu olan şəxsləri heç bir vəzifəyə getməyə qoymamaqla bağlı bu müddəalar bizim qanunlarımıza ziddir”.