Qrafikdə olan dəyişiklik Sumqayıt-Bakı qatarında sıxlığı azaldıb

0
171

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişinlərin təhlükəsiz və rahat gediş-gəlişini təmin etmək məqsədilə 10 oktyabr tarixindən Sumqayıt-Xırdalan-Bakı istiqaməti üzrə qatarların hərəkət cədvəlində dəyişikliklər edib.

Bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, dəyişikliklə bağlı müşahidələr aparılıb, o cümlədən sərnişinlərin rəyləri öyrənilib. Qatarların qrafikində dəyişiklik sözügedən istiqamətdə sərnişin sıxlığını qismən aradan qaldırıb:

“Bu səhər Xırdalan stansiyasında olduq və dəyişiklikdən sonra xidmətimizdən istifadə edən sərnişinlərin rəyini öyrəndik. Sərnişinlər dəyişiklikləri müsbət qarşılayıb və mövcud sərnişin sıxlığının qismən aradan qalxdığını bildiriblər”.