Zelenski: “Rusiya Ukraynanı İran PUA-ları ilə vurur”

0
222

Rusiya Ukraynanı İranın “Şahed-136” pilotsuz uçuş aparatları ilə vurur.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski “Telegram” kanalında bildirib.
“Biz terrorçularla mübarizə aparırıq. Onlarla raket zərbələri və İran istehsalı “Şahed-136″ PUA-ları ilə zərbələr endirirlər. Onların iki hədəfi var: ölkədəki enerji infrastukturu və insanlar. Onlar Kiyev, Xmelnitski, Lvov və Dnepr, Vinnitisa, İvano-Frankovsk, Zaporojye, Sumı, Xarkov, Jitomir və s. regionlarına, ölkənin cənubuna zərbələr endirirlər. Bununla panika və xaos yartmaq istəyir və ölkəmizin enerji sistemini məhv etmək istəyirlər”, Zelenski deyib.