Ceyhun Bayramov: Ermənistanın Azərbaycan ərazilərində davamlı olaraq mina qoymasına qarşılıq verilməli və pislənilməlidir

0
180

Ermənistanın Azərbaycan ərazilərində bilərəkdən və davamlı olaraq mina qoymasına qarşılıq verilməli və bu, pislənilməlidir.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tviter hesabında yazıb.
“Minanın partlaması nəticəsində daha 2 azərbaycanlı mülki şəxs ağır yaralanıb. Müharibə bitdikdən sonra 259 nəfər mina qurbanı olub. Ermənistanın Azərbaycan ərazilərində bilərəkdən və davamlı olaraq mina qoymasına qarşılıq verilməli və pislənilməlidir! Minaları dayandırın”, – deyə nazir Ceyhun Bayramov qeyd edib.