Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər

0
261

Oktyabrın 9-u səhərdən 10-u gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, qərb küləyi əsəcək, sürəti saniyədə 15-20 metr olacaq, ayrı-ayrı yerlərdə arabir 23-25 metrədək güclənəcək.
Çaylarda sululuğun artacağı proqnozlaşdırılır.