SN: Dərmanlarla bağlı təqdim edilən məlumatlar ciddi araşdırılır

Azərbaycanda qeydiyyatdan keçmiş dərman vasitələri idxaldan öncə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində yoxlanılır.

Bunu Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsinin müdiri Fərid Həsənov deyib.

O bildirib ki, dərmanlarla bağlı təqdim edilən məlumatlar onların istifadəsini təhlükəsiz etmək məqsədilə ciddi araşdırılır.