Ağcabədidə “Zəfərin ilk müjdəçisi – Cəbrayıl“ adlı dəyirmi masa keçirilib

0
254

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Zəfərin ilk müjdəçisi – Cəbrayıl“ adlı dəyirmi masa keçirilib.
Ağcabədi şəhər 3 nömrəli məktəb-liseyin şagirdlərinin iştirak etdiyi tədbirdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva və Mərkəzin bələdçisi Səbinə Mamedova çıxış edərək, Cəbrayıl rayonu haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, ermənilər 1993-cü ildə Cəbrayıl rayonunu işğal etdikdən sonra yaşayış evlərini, ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, talan edib, dağıdıb və yandırıblar. Qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb.
Qeyd edilib ki, otuz ilə yaxın dövrdə erməni vandalizminə məruz qalaraq xarabalığa çevrilmiş Cəbrayıl rayonu özünün yeni dövrünə qədəm qoyub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində azadlığına qovuşmuş digər ərazilərimizdə olduğu kimi, buraya da həyat yenidən qayıdır.
Tədbirdə 3 nömrəli məktəb-liseyin 8-ci sinif şagirdi Tamilla Zeynallı Vətən müharibəsinə aid şeir söyləyib.
Sonda məktəblilər Mərkəzin foyesində sərgilənən “Ruhumuzun qələbəsi naminə” adlı sərgi ilə tanış olublar.