AKP sözçüsü: Türkiyə Ukraynanın digər ərazilərinin də ilhaqını rədd edir

0
221

Rusiyanın Ukrayna torpaqlarını ilhaq etməsi ilə birlikdə sülh, atəşkəs ümidləri daha da uzaq və qeyri-müəyyən zamana ertələndi.

Bu barədə Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik mətbuat konfransında bildirib.

O qeyd edib ki, Türkiyə Krımın ilhaqını qəbul etmədiyi kimi, bu ərazilərin də ilhaqını rədd edir.

Çelik, Türkiyənin iki ölkə arasında sülhə nail olmaq üçün göstərdiyi səylərin dünya tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb: “Ölkələrin ərazi bütövlüyü və suverenliyinə hər zaman olduğu kimi önəm veririk, ilhaq məsələsində mövqeyimiz prinsipialdır”.