Sabah de Byazinin Azərbaycan yığmasındakı taleyinə aydınlıq gətiriləcək

0
200

Oktyabrın 4-də AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Bununla bağlı AFFA məlumat yayıb. 

Saat 15:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:

– Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı müzakirə
– Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatlarla əlaqədar müzakirə
– Lisenziyalaşdırma qaydalarında müvafiq dəyişikliklərin təsdiqi
– Futbol Veteranları Fondunun Əsasnaməsində müvafiq dəyişikliklərin müzakirəsi
– Nəzarət-Təftiş Komitəsinin tərkibinin təsdiqi
– Digər məsələlər

Qeyd edək ki, Azərbaycan millisinin baş məşqçisi Canni de Byazinin AFFA ilə müqaviləsinin müddəti bu il sentyabrın 30-da başa çatıb.