İki nazirlik şadlıq evindəki zəhərlənmə ilə bağlı məlumat yaydı

0
644
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan şəhərində şadlıq sarayında toy mərasimi zamanı bir neçə nəfərin zəhərlənməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, dərhal əraziyə nazirliyin Muğan Regional Mərkəzinin, Dövlət Yanğından Nəzarət Xidmətinin və Mülki Müdafiə Qoşunlarının Kimya lobaratoriyasının mütəxəssisləri və digər aidiyyəti qurumların nümayəndələri cəlb edilib.

Səhiyyə Nazirliyindən isə  verilən məlumata görə, zəhərlənməyə şadlıq evindəki toy zamanı pirotexniki vasitənin yandırılması nəticəsində tüstünün yayılması səbəb olub. Hadisə nəticəsində 9 nəfər xəstəxanaya yerləşdirilib.