Ağ Ev: “Rusiya artıq Ukraynada müharibəni uduzub”

0
311

“Kreml Ukrayna ərazisinin əhəmiyyətli hissəsini, o cümlədən şimalını ələ keçirməyi planlaşdırırdı, lakin buna nail ola bilmədi”.

Bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki Vaşinqtonda keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Rusiya Federasiyasının hakimiyyət orqanları Ukraynaya genişmiqyaslı işğala başlamazdan əvvəl qarşıya qoyduğu bütün məqsədləri artıq puça çıxarıblar və qələbə haqqında öz fikirləri nöqteyi-nəzərindən müharibəni uduzublar.

“Prezident Putin Kiyevin küçələrində yürüş keçirməyəcək. Onlar bu ölkənin ərazi bütövlüyünü və suverenliyini ələ keçirməyəcəklər. Onlar NATO-nu parçalaya bilmədilər”, – deyə Psaki qeyd edib.

Ağ Evin mətbuat katibi vurğulayıb ki, indiki mərhələdə ABŞ həm döyüş meydanında silahları gücləndirməklə, həm də Ukrayna tərəfinin istənilən ehtiyaclarını təmin etməklə, danışıqlar masası arxasında Ukraynanın mövqeyini möhkəmləndirmək üçün səylər göstərir.