Türkiyəli professordan DƏSTƏK: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır” – FOTO

0
233

“Belə bir konfransın təşkil edilməsi çox önəmlidir”.

Şuşada keçirilən “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı beynəlxalq forumun iştirakçısı, ORSAM-ın direktoru, professor Əhməd Uysal deyib.

O bildirib ki, Qarabağ zəfərindən 2 il sonra önəmli müzakirələr aparılır.

“Burada çox sayda akademik, fikir sahibi, media nümayəndələri iştirak edir. Təəssüf ki, Ermənistanın çox güclü təbliğat maşını var. Bu, hər kəsə təsir edir. Xüsusən Qərbdə daha çox təsirlidir. Bu təbliğat maşınının dəstəkçiləri isə təkcə ermənilər deyil. Həm Azərbaycanın, həm də Türkiyənin əleyhinə davamlı olaraq qaralama kampaniyaları aparırlar, guya Azərbaycana səfər etmək olmaz, geridə qalmış bir ölkədir. Halbuki bu, belə deyil. Azərbaycan inkişaf etmiş, müasir və gözəl bir ölkədir. Tədbir iştirakçılarının bunları öz gözləri ilə görmələri çox önəmlidir. Çünki gedib orada danışacaqlar. Ən azından özləri bu barədə məlumatlı olacaqlar. 

İkinci məsələ işğaldan azad edilən ərazilərin mina problemidir. Hesab edirəm ki, bu məsələyə beynəlxalq müstəvidə lazımi diqqət edilmir. Müharibə bitsə də, insanlarımız həyatını itirib. Bu məsələyə maraq və diqqətin artırılması lazımdır. İstər maddi, istər texniki sahədə dəstək göstərilməlidir. BVF, həmçinin digər beynəlxalq təşkilatların fondları var. Bu yük sadəcə Azərbaycanın üzərində qalmamalıdır. Dağıtmaq asandır, qurub yaratmaq isə çətin. Azərbaycan bu gün çətin işi üzərinə götürüb. Ermənistan isə dağıtmaq üçün addımlar atıb. Birlikdə bu problemi həll etməliyik”, – o qeyd edib.