Ağdam Sənaye Parkında daha iki sahibkara rezidentlik statusu verildi – FOTO

0
238

“Ağdam Sənaye Parkında daha 2 sahibkara rezidentlik statusu verilib və rezidentlərin sayı 7-yə çatıb”.

Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” hesabındakı paylaşımında qeyd edib.

“Prof-Dam” MMC 2 hektar ərazidə müxtəlif növ dam örtüklərinin istehsalı müəssisəsi inşa edəcək, “Metkons” MMC isə havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatların istehsalı ilə məşğul olacaq. İnvestisiya dəyəri 9 milyon manata yaxın olan layihələrin reallaşması ilə 85 nəfər daimi işlə təmin ediləcək”, – deyə nazir bildirib.