Azərbaycanın Dünya Bankındakı nümayəndəsi DƏYİŞDİ

0
265

Dünya Bankının icraçı direktoruna Azərbaycan üzrə yeni müşavir təyin edilib.

bu vəzifə Amin Muradova həvalə edilib.

A.Muradov bu vəzifədə Namiq Nağdəliyevi əvəz edib.

Namiq Nağdəliyev ötən ilin oktyabrında Dünya Bankındakı vəzifəsindən ayrılaraq Azərbaycan Mərkəzi Bankının sədrinin ofisinə direktor təyin edilmişdi.

A.Murad isə həmçinin 2019-cu ildən Azərbaycanın Beynəlxalq Valyuta Fondunun (IMF) İcraçı Direktorlar Şurasındakı nümayəndəsidir. Hazırda bu vəzifəsinin icrasını da davam etdirir.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən Dünya Bankına üzvdür. Son 30 ildə adıçəkilən maliyyə qurumu Azərbaycanın reallaşdırdığı 50-dən çox layihə üzrə dörd milyard ABŞ dollarından çox kredit ayırıb.