Bakı sakininə qarşı külli miqdarda dələduzluq edilib.

0
249

paytaxt sakini R. Məmmədov iş qurmaq adı ilə 2021-ci ilin iyun ayında tender elan edib. Bu tenderə iş qurmaq həvəsində olan paytaxt sakini Zamiq Mehdiyev də qoşulub. İş qurmaq məqsədilə Z. Mehdiyev R. Məmmədova 10 min manat verib. Ancaq sonradan aldadıldığını görüb.

Dələduzluğa məruz qaldığını görən zərərçəkmiş Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edib. Bu zaman isə o, R. Məmmədovun axtarışda olmasını da öyrənib.

Aprelin 24-də isə R. Məmmədovu bölmə əməkdaşları saxlayaraq, istintaqa təhvil verilib.

Araşdırma aparılır.