Parisdə “uçan əsgərlər” – FOTO/VİDEO

0
720

Parisdə Bastiliyanın alınmasının 230-cu ildönümü şərəfinə keçirilmiş paradda “Flyboard Air” qurğusu nümayiş etdirilib.

Fransa mətbuatı yazır ki, qurğu insanı 1,5 kilometr hündürlüyə qaldırmaq iqtidarındadır.

“Flyboard Air” Frenki Zapata tərəfindən yaradılıb. Fransanın Müdafiə naziri Florans Parli qurğunu yüksək qiymətləndirərək gələcəkdə uçan əsgərlərin ola biləcəyini istisna etməyib.

Qurğu çəkisi 127 kiloqramadək olan insanları havaya qaldıra bilir və saatda 190 kilometr sürət yığır. Uçuşun müddəti hələlik 12 dəqiqəni keçmir.