“Barri” qasırğası ABŞ-ın Luiziana ştatına çatıb

0
426

ABŞ-ın Luiziana ştatının sahillərinə çatan “Barri” tropik qasırğası mütəxəssislər tərəfindən birinci dərəcəli qasırğa kimi dəyərləndirilib.

Bu barədə ABŞ-ın qasırğalara nəzarət milli mərkəzinin açıqlamasında deyilir.

Son məlumata görə, “Barri”nin fəlakət bölgəsində küləyin sürəti saniyədə 33 metrə çatır. Meteoroloqlar yaxın saatlarda onun episentrinin sahilə çatacağını proqnozlaşdırır.

Mütəxəssislər, həmçinin bildirir ki, artıq yaxın 24-36 saat ərzində “Barri”nin gücü tropik qasırğa səviyyəsindən aşağı düşəcək.