Rusiya və ABŞ niyə yenə Bakını seçdi? – Rusiyalı ekspert

0
607

Azərbaycan çoxdan Rusiya və NATO-nun danışıqlar üçün təbii meydanına çevrilib.

Bunu açıqlamasında Aktual İqtisadiyyat İnstitutunun direktoru Nikita İsayev deyib. Onun sözlərinə görə, Azərbaycan neytral mövqe tutur və bunun üçün də burada danışıqlar aparmaq hər iki tərəf üçün rahatdır:

“Rusiya Baş Qərargah rəisinin NATO Baş komandanı ilə sizin torpağınızda görüşməyində təəccüblü heç nə yoxdur. Belə ki, regionun bütün ölkələrinin nəyəsə münasibətdə problemləri mövcuddur. Ermənistan Azərbaycan və Türkiyə ilə elə də rahat münasibətlərə sahib deyil, İran beynəlxalq geosiyasi və hərbi təcriddədir, Rusiya sanksiyalar altındadır, Gürcüstanda qeyri-stabillik, Minskdə Rusiya ilə münasibətlərdə çətinliklər yaşanır. Bu siyahını uzatmaq da olar. Bakı yaranan situasiyanı effektiv istifadə edə bilir. Rusiya və ABŞ-ın etdiyi seçimdə təəccüblü heç nə yoxdur”.

Qeyd edək ki, bu gün Bakıda Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovla NATO Birləşmiş Qüvvələrinin Komandanı Ted Uolters arasında görüş planlaşdırılır.