“British Airways” aviaşirkəti rekord məbləğdə cərimələnib

0
476

Böyük Britaniyanın “British Airways” şirkətinə 230 milyon dollar məbləğində rekord cərimə tətbiq edilib.

Aviaşirkət ötən il müştərilərin şəxsi məlumatlarının qorunması ilə əlaqədar təhlükəsizlik sistemlərini pozduğuna görə cərimələnib.

“British Airways” şirkətindən bildiriblər ki, buna səbəb qurumun veb-saytına edilən kiberhücumdur.

Qeyd edək ki, İnformasiya Komissarlığı (ICO) “British Airways”ə tətbiq edilən cərimənin bu günədək ən yüksək məbləğ olduğunu açıqlayıb.