ABŞ-dakı zəlzələdən sonra qorxulu görüntü – Foto

0
463

Bir neçə gün əvvəl ABŞ-ın Kaliforniya ştatının cənubunda baş verən zəlzələdən sonra yerin səthində kosmosdan görünən nəhəng çat müəyyən edilib.

Bu barədə “SFGate” saytı məlumat yayıb.

4-6 iyul tarixlərində lentə alınan fotolarda nəhəng yarıq aydın görünür.

Bundan əlavə, əraziyə yaxın magistrallarda da çatların əmələ gəldiyi bildirilib.