600-dən çox rusiyalı vətənə yola salındı

0
577

Azərbaycan Rusiya vətəndaşlarının vətənlərinə geri dönməsi istiqamətində növbəti addımı atıb.

600-dən çox Rusiya vətəndaşı cümə axşamı “Samur” (Azərbaycan Respublikası) – “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisindən vətənlərinə dönüb.

Dağıstan Respublikasının Milli siyasət və dini işlər üzrə naziri Enrik Muslimov da faktı təsdiq edib. Onun sözlərinə görə, 648 Rusiya vətəndaşı Azərbaycandan vətənə qayıdıb.