“20 Yanvar” metrostansiyası yaxınlığında yanğın olub – YENİLƏNİB

0
315

Bakı şəhərinin Nəsimi rayonunda (“20 Yanvar” metrostansiyasına yaxın ərazi) hasara alınmış ərazidə təqribən 1 ha sahədə quru ot və 1 ədəd plastik zibil qutusu yanıb. 

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yaxınlıqdakı ağaclar və digər zibil qutuları yanğından mühafizə olunub. 

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

14:53

Metronun “20 Yanvar” stansiyası yaxınlığında yanğın olub.

3-cü mikrorayon dairəsindən “20 Yanvar” metrostansiyasına qalxan istiqamətdə hasarlanmış boş ərazidə yanğın olub.

İlkin məlumatlara görə, yanğın barədə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadasına məlumat verilib.

Yanğın məhdudlaşdırılıb, ətrafdakı ərazilərə yayılmasının qarşısı alınıb.