10 yaşlı qız NASA-dan elə bir şey istədi ki…

10 yaşlı bir qız Milli Aeronavtika və Kosmos İdarəsindən (NASA) Plutonun planet statusunu bərpa etməsini istəyib.

Bu barədə “The Times of India” məlumat yayıb.

Məlumata görə, 10 yaşlı Kaela əl yazısı ilə yazılmış məktubunda hazırda cırtdan planet kimi təsnif edilən səma cisminin statusunun bərpa olunmasına layiq olduğunu vurğulayıb.

“[Pluton]… əsl planet olmağa layiqdir. Bu, bir çox insanı xoşbəxt edə bilər”, – deyə o bildirib.

Onun məktubuna NASA-dan cavab da gəlib. NASA administratoru Cared Ayzekman ona agentliyin hazırda bunun üzərində işlədiyini bildirib.

Photo
Photo