10 yaşlı azərbaycanlı ABŞ-da ştat çempionu oldu – FOTO

0
450

ABŞ-da yaşayan 10 yaşlı azərbaycanlı Ömər Niyazov Virciniya ştatında keçirilən sərbəst və yunan-Roma güləşi üzrə turnirin qalibi olub.

Ömər 38 kq çəkidə Virciniya ştatı üzrə qızıl medal əldə edərək ABŞ çempionatına vəsiqə qazanıb.

Qeyd edək ki, yeddi ildir Virciniya ştatının Fearfaks şəhərində yaşayan Ömər Niyazovun anası ABŞ-da şirkətlərdən birində mühasib, atası isə informasiya texnologiyaları sahəsində işləyir. Ömər güləşdən başqa, üzgüçülük və cüdo ilə də məşğuldur, həmçinin şahmat üzrə məktəblərarası yarışlarda böyük uğurlar qazanıb.