Venesuela ordusu müharibə hazırlığına gətirildi

Venesuela ABŞ-nin hərbi əməliyyatı fonunda ölkənin müdafiəsi üçün bütün qoşun növlərini səfərbər edib.

Bu barədə Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes videomüraciətində bildirib.

“Venesuela hərtərəfli müdafiə üçün bütün quru, hava, hərbi-dəniz və raket qüvvələrinin genişmiqyaslı yerləşdirilməsinə başlayacaq”, – o bildirib.