Türkiyənin bu ərazilərində yanğın nəzarət altına alındı – Yenilənib

0
380
Türkiyənin bu ərazilərində yanğın nəzarət altına alındı

Türkiyənin Muğla vilayətinin Marmaris şəhəri, Seydikemer qəsəbəsi və İlanlı ərazisində yanğınlar nəzarət altına alınıb.

Bu barədə Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli tvitterdə bildirib.

Onun sözlərinə görə, ölkədə son 10 gündə baş verən 223 yanğından 217-si nəzarətə alınıb.

***

Həmçinin Karabük, Karacasu və Bozdoğan rayonlarında da yanğın nəzarət altına alınıb.

Nazir qeyd edib ki, hazırda soyutma işləri davam etdirilir.