Şərif Şərifov uduzdu – Yenilənib

0
355
Şərif Şərifov uduzdu

Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Tokio-2020 Yay Olimpiya Oyunlarında təsəlliverici görüşə çıxıb.

97 kq çəki dərəcəsində çıxış edən güləşçimiz gürcüstanlı rəqibi Elizbar Odikadzeni 7-5 hesabı ilə üstələyib.

O, bürünc medal uğrunda kubalı Reyneri Salas Pereslə güləşəcək.


Şərif Şərifov və Reyneri Salas Peres arasında görüş başlayıb.

Mübarizə 3:3 hesabı ilə başa çatıb. Sonuncu xalı kubalı qazandığı üçün idmançımız məğlub hesab edilib.