Rövşən Lənkəranskinin bazarı sökülür

0
538

Azərbaycanlı kriminal avtoritetlərin daimi nəzarətində olan meyvə-tərəvəz bazarı sökülür. Uralın paytaxtı Yekaterinburqda Azərbaycandan birdəfəyə 30 min tonadək meyvə-tərəvəz qəbul edə bilən yeni loqistik mərkəz tikiləcək.

Yekaterinburq rəhbərliyi bu yolla kriminal aləmin maliyyələşdirilməsində müstəna rolu olan 4 saylı meyvə-tərəvəz bazasından  qurtulmaq istəyir.

Yeni layihəyənin reallaşdırılmasına Yekaterinburqun qubernatoru Yevgeniy Kuyvaşev özü şəxsən nəzarət edəcək. Yeni meyvə-tərəvəz  terminalı Yekaterinburqda hava limanı  və Universiada şəhərciyi yaxınlığında tikiləcək və  Azərbaycandan  gətirilən meyvə-tərəvəzlə təmin ediləcək.

Yeni logistik mərkəzin tikintisinə bu il başlanacağı və 2021-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Yeni baza  istifadəyə verildikdən sonra 4 saylı bazasındakı işləyən azərbaycnlılar və Azərbaycan diasporasının ora yerləşdirilməsi nəzərdə tutulur.

Bu məsələ Sverdlovsk vilayətinin rəhbərliyinin bu yaxınlarda Azərbaycan səfəri zamanı Azərbaycan hakimiyyəti ilə müzakirə edilib və  razılıq əldə  olunub. Əldə edilən razılığa əsasən  Azərbaycandan Urala meyvə-tərəvəzin ixracı ilə  “TEN” şirkəti məşğul olacaq.

Adı çəkilən bazada davamlı olaraq  kriminal qalmaqallar baş verdiyindən  hər zaman hüquq-mühafizə orqanlaırnın nəzarətində olub.
Qeyd edək ki, zamanında adı çəkilən bazanın qeyri-rəsmi rəhbəri kriminal aləmin ən nüfuzlu simalarından olan mərhum Rövşən Lənkəranski olub. Orada çalışan alverçilər və iş adamları Rövşənə haqq veriblər.

Mətbu orqanının  yazdığına görə, hazırda bazadan kriminal aləm üçün pullatı kriminal avtoritet Sarı Hacıyev yığır.