NASA “Crew-11” missiyasını vaxtından əvvəl yekunlaşdıra bilər

Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) ekipaj üzvlərindən birinin səhhətində yaranmış problemlərə görə “Crew-11” heyətini Beynəlxalq Kosmik Stansiyadan vaxtından əvvəl geri çağıra bilər.

“Spaceflight Now” ixtisaslaşmış portalı bu barədə agentliyə istinadən məlumat yayıb.

“Missiyalarımızın təhlükəsiz qaydada həyata keçirilməsi bizim ən yüksək prioritetimizdir və biz bütün variantları, o cümlədən “Crew-11″ missiyasını vaxtından əvvəl başa çatdırmaq imkanlarını fəal şəkildə nəzərdən keçiririk”, – deyə portal agentliyin bəyanatına istinadən yazıb.

Bundan əvvəl NASA, ekipaj üzvlərindən birinin səhhətində yaranan problemdən sonra yanvarın 8-nə planlaşdırılan kosmos səyahətini təxirə saldığını bildirən press-reliz yaymışdı.