Konqresdəki iğtişaşları ABŞ-ın Federal Təhlükəsizlik Xidməti araşdıracaq

0
330

ABŞ Federal Təhlükəsizlik Xidməti Konqresin binasına daxil olanlarla bağlı araşdırmalara başlayıb və vətəndaşlardan Vaşinqtonda iğtişaşlarda iştirak edənlərin şəxsiyyətinin aşkarlanmasına kömək etmələrini xahiş edib.

Qeyd edək ki, dünən Donald Trampın tərəfdarları seçkilərin nəticələrinə etiraz olaraq Konqres binası qarşısında aksiya keçirib, daha sonra binaya daxil olublar.

Təhlükəsizlik qüvvələri daha sonra onları binadan çıxarmağa nail olub.

Toqquşmalar nəticəsində ölənlərin və xəsarət alanların olduğu bildirilir.