İranda etirazlar: Pezeşkian hökumətin hansı addımı atacağını açıqladı

İranda etirazların yayılması fonunda ölkə Prezidenti Məsud Pezeşkian Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri ilə görüşüb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Pezeşkian bəyan edib ki, hökumət kənd təsərrüfatı və bu sahədə çalışanlara öz yanaşmasını dəyişməlidir: “Əgər etirazçılar haradasa haqlıdırlarsa və biz günahkarıqsa, özümüzü düzəltməyə çalışacağıq”.

Qeyd edək ki, son günlərdə İranın bir sıra şəhərlərində kütləvi etiraz aksiyaları keçirilir.