İlham Əliyev Azərbaycanın İrandakı səfirini geri çağırdı: YENİ TƏYİNAT

0
318

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi Bünyad Səməd oğlu Hüseynovun vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Bu barədə məlumatı AZƏRTAC yayıb.

Prezidentin digər sərəncamı ilə, Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsinə Əli Fikrət oğlu Əlizadə təyin edilib.