Fəttah Heydərov I Fəxri xiyabanda dəfn edildi

0
700

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov I Fəxri xiyabanda dəfn edilib.

Dəfndə Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, Gənclər və İdman Naziri Azad Rəhimov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Milli Məclisin vitse-spikeri Adil Əliyev, deputatlar Əli Hüseynli, Rüfət Quliyev, Elman Məmmədov, sabiq komitə sədri Arif Rəhimzadə və mərhumun digər yaxınları iştirak edib.